SON XƏBƏRLƏR

Netanyahu İranla İsrailin futbol matçı keçirəcəyinə ümid edir - VİDEO

2021.10.20, 07:36
Netanyahu İranla İsrailin futbol matçı keçirəcəyinə ümid edir - VİDEO

Gunaz.tv

GünAz TV: İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciət ünvanlayıb.

 

Oxu.Az xəbər verir ki, o, videomüraciətdən əvvəl futbol topunu çiləyir və İran xalqını dünya çempionatında Portuqaliya ilə keçirdikləri gözəl oyuna (1:1) görə təbrik edir.

 

Netanyahu çıxışında İranın Kriştianolu Ronalduya qarşı gözəl oynadığını, bu yığma ilə İsrail millisinin Tehranda nə vaxtsa yoldaşlıq görüşü keçirəcəyinə ümid etdiyini bildirib.

 

İsrailin baş naziri onu da bildirib ki, İran hökuməti Yaxın Şərqdə Suriyaya lazımsız maddi dəstək verməkdə davam edir. İran xalqı futbol meydanında göstərdiyi cəsarəti küçələrdə İran rəhbərliyinə qarşı göstərməlidir ki, onlara müharibələrə pul xərcləməsin.

 

Video:

https://www.youtube.com/watch?v=WzrnlcKZEa4

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar