SON XƏBƏRLƏR

Netanyahu: “İraqda etirazçıların qətliam edilməsinə göstəriş verən İrandır”

2021.10.20, 07:36
Netanyahu: “İraqda etirazçıların qətliam edilməsinə göstəriş verən İrandır”

Gunaz.tv

GünAz TV: İsrailin Baş naziri Benyamin Netanyahu İranı ötən həftənin sonunda Bağdadda keçirilmiş etiraz aksiyalarında nümayişçilərin qətliam edilməsinə göstəriş verməkdə ittiham edib.

 

O qeyd edib ki, rəsmi Tehran Yaxın Şərqdə təcavüzkar siyasətini davam edir və onu daha da şiddətləndirib. Netanyahu bildirib ki, İran rəsmiləri ötən həftə Bağdadda keçirilmiş etiraz aksiyalarında insanların qətliam edilməsinə göstəriş verməklə, 20-dən çox sivilin ölümünə səbəb olub və regionda yaratdığı qan gölünü günahsız insanların qanı ilə doldurmaqdan əl çəkmir.

 

“Əlimizdə bu qətliamın İran İslam İnqilabı Korpusunun göstərişi ilə İraqda fəaliyyət göstərən şiə yaraqlıları tərəfindən həyata keçirildiyini sübut edən dəlillər var”, - deyə İsrailin Baş naziri əlavə edib.

 

Netanyahu həmçinin rəsmi Tehranın Yaxın Şərqdə törətdiyi cinayətlər və terror aktlarına diqqət çəkərək, dünya, xüsusilə də Avropa ölkələrindən İrana qarşı təzyiqləri artırmağı tələb edib.

 

Xatırladaq ki, dekabrın 6-da Bağdadda silahlı şəxslərin etirazçıları atəşə tutması nəticəsində azı 25 nəfər həlak olmuş, 130-dan çox insan yaralanmışdı.

 

Benyamin Netanyahu ötən həftə etdiyi çıxışda İraq, Livan və İranda keçirilmiş etiraz aksiyalarının Tehran rejiminin təcavüzkar və terror fəaliyyətlərinə qarşı yönəldiyini bəyan etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar