SON XƏBƏRLƏR

Netanyahu: “İsrail ordusu tam hazırdır. Bu İrana çox baha başa gələcək”

2021.10.20, 07:36
Netanyahu: “İsrail ordusu tam hazırdır. Bu İrana çox baha başa gələcək”

Gunaz.tv

GünAzTV: Aprelin 20-də İsrailin müstəqilliyini elan etməsinin 70-ci ildönümü münasibətilə hökumət iclasında çıxış edən baş nazir Benyamin Netanyahu, İranın ölkəsinə qarşı daimi təhdidindən və İsrail ordusunun İrandan gələn hər bir təhlükənin qarşısını almağa hazırlığından danışıb.

 

Netanyahu bildirib ki, İranın İsrailə qarşı ardıcıl təhdidləri islam respublikası üçün çox baha başa gələcək: “Biz tez-tez İrandan təhdidlər eşidirik. Bizim təhlükəsizlik qurumlarımız, eləcə də ölkənin müdafiəsində duran yenilməz ordumuzun igid əsgərləri baş verə biləcək hər bir şeyə hazırdır. Biz, nəyin bahasına olursa-olsun, ölkəmizə qarşı zərbə vurmağa, ona xəsarət yetirməyə çalışan istənilən ölkəyə qarşı vuruşacaq, mübarizə aparacağıq. Biz, heç nədən qorxmuruq və bizi məhv etmək istəyənləri, canımıza qəsd etməyə qalxanları bunun bədəlini ödəməyə məcbur edəcəyik.

 

Bir daha bildirirəm ki, İsrail ordusu onun üzərinə qoyulan hər bir tapşırığı yerinə yetirməyə hazırdır və İsrail milləti də öz ordusunun yanındadır”.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar