SON XƏBƏRLƏR

Netanyahu: “İsrail yalnız özünü deyil, bütün regionu İran rejimindən qoruyur”

2021.10.20, 07:36
Netanyahu: “İsrail yalnız özünü deyil, bütün regionu İran rejimindən qoruyur”

Gunaz.tv

GünAz TV: İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin təkcə özünü deyil, eləcə də Yaxın Şərqin digər ölkələrini də İran rejimindən qoruduğunu deyib.

 

Netanyahu İranın İsrail və digər region ölkələrinə qarşı təxribatçı əməllər hazırladığını və bunun qarşısının alınmasının zəruri olduğunu bildirib.

 

O, İsrailin bu istiqamətdə atdığı addımları açıqlamasa da, bir neçə gün öncə etdiyi çıxışlarda rəsmi Tel-Əvivin Tehranın İraq və Livanda dəstəklədiyi yaraqlılara qarşı həyata keçirdiyi hücumları üstüörtülü şəkildə təsdiqləmişdi. Baş nazir həmçinin Suriyada yerləşən “Sepah” terror təşkilatına məxsus obyektlərin avqust ayında İsrail Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyini də rəsmən bəyan etmişdi.

 

Digər tərəfdən, Netanyahu ötən həftə Londona etdiyi rəsmi səfər zamanı isə İranın Afrika ölkələrində təxribatçı planlar hazırladığını dilə gətirmişdi.

 

Qeyd etmək lazımdır ki, İsrail HHQ ötən 2 il ərzində dəfələrlə “Sepah”ın “Qüds Briqadası”nın və ona bağlı yaraqlıların Suriyada yerləşən mövqelərinə qarşı hava hücumları təşkil edib. Nəticədə çoxlu sayda “Sepahçı” və yaraqlı həlak olub. İran bunun qarşılığında yalnız İsraili təhdid etməklə kifayətlənib. Bəzi hallarda isə İsrail ordusu İranın bu ölkəyə qarşı Suriya ərazisindən həyata keçirməyi planlaşdırdığı hücumların qarşısını yerindəcə alıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar