Netanyahu: “İsrailə qarşı hər hansı bir hücuma cavab veriləcək”

2020-08-04 17:39

“İsrailə qarşı hər hansı bir hücumun cavabı veriləcək, bu prinsip hücum edən hər kəsə şamil olunur”.

Gunaz.tv Quote | Gunaz article

APA-nın TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə (parlamentdə) bildirib. 


O, Suriya, Livanla sərhəddə baş verən son hadisələr, eləcə də Qəzza zolağından atılan raketlərə bağlı bəyanatla çıxış edib: “Bizə hücum etməyə çalışan hər kəsi vuracağıq və bu prinsip bizə hücum edən hər kəsə aiddir. İsrail ordusu Suriya cəbhəsində partlayıcı qurğular quraşdırmaq cəhdinin qarşısını aldı. Dünən növbəti hücuma qarşı hərəkətə keçdik. Təhlükəsizlik məsələsinə gəlincə, bir saniyə belə dincəlmirik”. 


Qeyd edək ki, avqustun 3-nə keçən gecə, Suriya ilə sərhəd yaxınlığındakı Qolan yüksəkliklərində təhlükəsizlik hasarına partlayıcı qurğular quraşdırarkən 4 nəfər İsrail hərbi hücumu nəticəsində öldürülüb. Avqustun 2-də axşam Qəzzadan olan Fələstin radikal qruplaşmasının üzvləri İsrail ərazisinə bir raket atıb. Həmlə “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən dəf edilib. Cavab olaraq İsrail qırıcıları sektordakı Həmas hərəkatının hərbi hədəflərinə hücum ediblər.


Xatırladaq ki, İsrail ordusunun sözçüsü Conatan Konrikus iyulun 27-də xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirmişdi ki, bir qrup silahlı şəxsin Livan ilə sərhədi keçməsinin qarşısını alıblar. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

XİN Dağlıq Qarabağda “Le Monde”nin jurnalistlərinin yaralanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib

2020-10-01

gun az article

Rusiyalı hərbi ekspertlər: “Hazırda Azərbaycan Ordusunu uğurlar müşayiət edir”

2020-10-01

gun az article

Ermənistan ordusu Goranboyun Səfikürd kəndini iriçaplı silahlardan atəşə tutub- FOTOLAR

2020-10-01

gun az article

Azərbaycan Prezidentinin köməkçisi Ermənistana xəbərdarlıq edib

2020-10-01

gun az article

Ermənilərin atdığı top mərmiləri Tərtərdə məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə düşüb - FOTOSESSİYA

2020-10-01

gun az article

MN: Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşib

2020-10-01

gun az article

Müdafiə Nazirliyi Azərbaycana məxsus təyyarə və helikopterin vurulmasını təkzib edib

2020-10-01

gun az article

Ermənilərin Ağdamı atəşə tutması nəticəsində ata və oğlu şəhid olub

2020-10-01

gun az article

Düşmənə gecə ərzində artilleriya zərbələri endirilib - VİDEO

2020-10-01

gun az article

Düşmənin artilleriya qurğuları belə məhv edilib - VİDEO

2020-10-01

gun az article

XİN bəzi xarici media agentliklərinin guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı iddialarına münasibət bildirib

2020-10-01

gun az article

Düşmən yenidən Tərtər şəhərini artilleriya atəşinə tutur

2020-10-01

gun az article

Ermənistan “Toçka-U” taktiki raket kompleksini tətbiq edib – FOTO

2020-10-01

gun az article

Rusiya XİN: Moskva Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşünü keçirməyə hazırdır

2020-10-01

gun az article

Hikmət Hacıyev: "Beynəlxalq ictimaiyyət Ermənistanın terrorçu qüvvələri Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməlidir"

2020-10-01

gun az article

Hulusi Akar: “Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək”

2020-10-01

gun az article

Azərbaycan XİN Rusiya XİN-in münaqişə zonasına xarici muzdluların gətirilməsi ilə əlaqədar verdiyi açıqlamaya münasibət bildirib

2020-10-01

gun az article

Düşmənə məxsus 8 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib

2020-10-01

gun az article

Azərbaycan Prezidenti: “Bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq”

2020-09-30

gun az article

İlham Əliyevdən Ermənistana: " Torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar"

2020-09-30