SON XƏBƏRLƏR

Netanyahu Makronu İranla müzakirələrdən çəkinməyə çağırıb

2021.10.20, 07:36
Netanyahu Makronu İranla müzakirələrdən çəkinməyə çağırıb

Gunaz.tv

GünAz TV: İsrail Baş Nazirliyinin mətbuat xidməti ötən gün Benyamin Netanyahunun Fransa prezidenti Emmanuel Makronla telefon əlaqəsi yaratdığı barədə məlumat yayıb.

 

Makronun istəyi ilə baş tutan əlaqə zamanı Netanyahu ondan İranla müzakirələr aparmaqdan çəkinməsini istəyib. Netanyahu bildirib ki, hazırda İranın regionda təxribatçı əməllərə əl atdığı bir dövrdə bu ölkə ilə danışıqlar aparmaq doğru addım deyil.

 

Avqustun 25-də Məhəmməd Cavad Zərifin gözlənilmədən Fransaya səfər etməsi və G-7 toplantısı zamanı bu ölkənin prezidenti və xarici işlər naziri ilə görüşməsindən sonra Makron rəsmi Vaşinqtonla Tehran arasında gərginliklərin azaldılması üçün zəmin yarandığını demişdi.

 

Bir gün sonra ABŞ prezidenti Donald Tramp münasib şərait yaranarsa, öz iranlı həmkarı Həsən Ruhani ilə görüşüb, müzakirələr aparmağa hazır olduğunu bəyan etmişdi.

 

Xatırladaq ki, İsrail Amerika Prezidenti Barak Obamanın hakimiyyəti dövründə İranla 5+1 ölkələri arasında əldə edilmiş nüvə razılaşmasına qarşı çıxan əsas ölkələrdən biri olmuşdu. Rəsmi Tel-Əviv İranın öz düşmənçilik siyasətindən və terror qruplaşmalarına göstərdiyi dəstəkdən əl çəkmədiyi təqdirdə, bu ölkəyə qarşı qəbul edilmiş sanksiyaların qaldırılmasının yanlış addım olduğu qənaətindədir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar