SON XƏBƏRLƏR

Netanyahu: “Suriyada İranın hərbi varlığına qarşı bütün cəhdlərimizi davam etdirəcəyik”

2021.10.20, 07:36
Netanyahu: “Suriyada İranın hərbi varlığına qarşı bütün cəhdlərimizi davam etdirəcəyik”

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu avqustun 29-da ölkənin cənubunda yerləşən Dimona şəhərində keçirilən bir tədbirdə çıxış edərək İranın Suriyada hərbi varlığını davam etdirməsindən və Tel-Əvivin buna qarşı atacağı mümkün addımlardan danışıb.

 

Netanyahu bildirib ki, İsrailin müdafiə qüvvələri İranın Suriyada silah-sursat və hərbi qüvvələrini yerləşdirilməsinin qarşısını qətiyyətlə alacaq və onun İsrail sərhədlərinə yaxınlaşmasına imkan verməyəcək: “Bizi yer üzündən silib məhv etməklə təhdid edənlər bilməlidir ki, onlar özlərini də oxşar təhlükəyə məruz qoyurlar. Aydın məsələdir ki, onlar öz hədəflərinə çatmayacaqlar.

 

Biz, Suriyada İranın hərbi varlığına qarşı bütün cəhdilərimizi davam etdirəcək, qəti şəkildə İranın öz hərbi qüvvələri ilə yanaşı silah sistemlərini Suriyada yerləşdirməsinə imkan verməyəcəyik”.

 

 

Netanyahunun Tehrana qarşı bəyanatının səsləndirilməsindən az sonra, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif, özünün  “Twitter” səhifəsində bir yazı paylaşaraq, İsrail baş nazirinin məsələ ilə bağlı çıxışına reaksiya verib: “Nüvə silahı olmayan İran, ölkəsinin nüvə təsisatları zavoduna baxış keçirən və müharibə tərəfdarı olan bir şəxs tərəfindən nüvə hücumu ilə təhdid edilir. Bu isə utandırıcıdır”.

 

A.M

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar