SON XƏBƏRLƏR

Netanyahu: “Varşava konfransı bir çox ölkələri İranın məqsədləri qarşısında birləşdirir”

2021.10.20, 07:36
Netanyahu: “Varşava konfransı bir çox ölkələri İranın məqsədləri qarşısında birləşdirir”

Gunaz.tv

GünAz TV: Fevralın 12-si İsrailin baş naziri Benyamin Netanyahu Varşavada keçiriləcək “Yaxın Şərqdə sülh və təhlükəsizlik” adlı konfransda iştirak etmək üçün Polşaya yola düşməmişdən əvvəl jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, bu konfrans bir çox dünya və region ölkələrini İranın məqsədləri qarşısında birləşdirir. Netanyahu bu məqsədlərin təcavüz, Yaxış Şərqi işğal və İsraili məhv etmək olduğunu deyib.

 

Xatırladaq ki, Varşava konfransının keçiriləcəyi barədə xəbəri Pompeo yanvarın 11-də Orta Şərq regionuna səfəri zamanı “Fox News” agentliyinə açıqlamasında vermişdi. O demişdi ki, Varşava konfransına Amerika başçılıq edəcək: “Amerika fevral ayında İran mövzusu ilə bağlı Polşada  beynəlxalq bir konfrans keçirəcək. Bu konfransda ölkələr bir araya gələrək, Orta Şərqdə sülh, sabitlik, azadlıq və təhlükəsizlik məsələlərini, eləcə də İranın regionda yürütdüyü siyasətini müzakirə edəcəklər. Konfransa, Asiya, Afrika, Avropa və Orta Şərqdən bir sıra ölkələrin nümayəndələri qatılacaq”.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar