SON XƏBƏRLƏR

Netanyahudan İrana xəbərdarlıq: “Bizim iradəmizi sınamağa çalışmayın”

2021.10.20, 07:36
Netanyahudan İrana xəbərdarlıq: “Bizim iradəmizi sınamağa çalışmayın”

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu aprelin 11-də Xolokost qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində çıxış edərək, ölkəsinə qarşı mümkün hər hansı bir hücumla bağlı İran rəhbərlərinə kəskin xəbərdarlıq edib.

 

Netanyahunun xəbərdarlığı, İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin, İsrailin Suriyanın Homs əyalətindəki “T-4” hərbi bazasına raket hücumundan və olayda 7 “Sepah”çının öldürülməsindən iki gün sonraya təsadüf edib. Aprelin 10-da Dəməşqdə jurnalistlərə açıqlama verən Vilayəti, Əsəd rejiminə dəstəyi davam etdirəcəklərini bildirmişdi: “Qəti şəkildə bildirirəm ki, İsrailin bu cinayəti cavabsız qalmayacaq”.

 

Netanyahu bildirib ki, nasist Almaniyasında 6 milyon yəhudini qətlə yetirən faşistlərin hakimiyyətinə son qoyulmasından onlarla il keçdiyi bir vaxtda, bu gün, İran rejimi İsraili məhv etmək niyyətindədir:  “İsrail hökuməti, ona qarşı edilən hər hansı bir təcavüzü bətnində boğaraq təcavüzkara möhkəm və kəskin cavab verəcək. Bu, yalnız bir söz və ya şüar yox, əməldə sübuta yetirilmiş bir faktdır. Əgər İran İsrailə qarşı hər hansı bir addım atasa, biz, Bəşər Əsəd rejiminin işini biryolluq bitirəcək, onun özünü isə devirəcəyik. Elə buna görə də, mənim İran rəhbərlərinə bir mesajım var: -Bizim iradəmizi sınamağa çalışmayın”.

 

Xatırladaq ki, aprelin 9-u sübh saatlarında İsrailin Suriyanın Homs əyaltindəki “T-4” hərbi hava bazasına raket hücumunda, 7-si “Sepah” muzdlusu olmaqla ən azı 14 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar