SON XƏBƏRLƏR

Güney azərbaycanlı dəmir yolu işçiləri tətil aksiyasına başlayır

2022.01.27, 13:18
Güney azərbaycanlı dəmir yolu işçiləri tətil aksiyasına başlayır

Gunaz.tv

Azərbaycan Dəmir Yolları Şirkətinin təmir bölməsinin işçiləri yanvar ayında ikinci dəfə olaraq tətil aksiyasına başlayacaqları barədə xəbərdarlıq ediblər.

Dəmir Yolları Şirkəti işçilərinin sözlərinə görə, Şirkət əmək haqqlarının ödənilməsi ilə bağlı verdiyi vədləri yerinə yetirmir.

Məlumatda bildirilir ki, dəmir yolu işçilərinin ötən günəş ilindən qalan əmək haqları və əlavə iş saatlarına görə nəzərdə tutulan ödənişlər də daxil olmaqla podratçı şirkətin onlara məxsus olan məbləği verməkdən boyun qaçır

Salmas, Culfa, Yufarqan, Əcəbşir və Mərənd şəhərləri dəmir yolu sistemində çalışanlar bildirib ki, podratçı şirkət əmək haqlarını ödəməyəcəyi, nəzərdə tutulan qanuni haqlarını tanımadığı təqdirdə növbəti dəfə işi tətil etməyə məcbur olacaqlar.

Qeyd edək ki, Azərbaycan Dəmir Yolları Şirkətinin təmir bölməsində 2000 işçi çalışır və onların bir çoxu podratçı şirkətlər tərəfindən müvəqqəti müqavilələrlə işə götürülb.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar