SON XƏBƏRLƏR

Tanınmış güneyli idmançı Təbrizdə yaşanan ekoloji problemlərə görə hökuməti tənqid edib

2022.01.04, 11:13
Tanınmış güneyli idmançı Təbrizdə yaşanan ekoloji problemlərə görə hökuməti tənqid edib

Gunaz.tv

O, həmçinin “Traxtur” futbol klubunun hazırki görə təəssüfləndiyini ifadə edib.

Bu barədə özünün şəxsi social media hesabında paylaşım edən idmançı Azərbaycan şəhərləri, özəlliklə Təbrizlə bağlı yayılan xəbərlərin təəssüf doğurduğunu yazıb.

“Təlim-məşq düşərgəsinə gəldiyim gündən Təbriz və təbrizlilər üçün darıxıram. Ancaq hər gün Təbrizlə bağlı xəbərləri izlədikdə əhalinin daha da sarsıldığını hiss edir və ürəyim sıxılır.

Bahalıq və qıtlıq bir yana, artıq təbrizlilərin nəfəsi kəsilib. Tanrıda artıq sizin işinizdən baş açmır. İnsafsızlar hər gün oturub dua edib və havanın təmizlənməsi üçün yağış arzulamaqdansa istilik elektrik stansiyasında mazutdan istifadəyə son verin.

İnanın ki, dünya bir yana, hətta başqa şəhərlərin əhalisi belə bizim durumumuza gülürlər”-deyə, tanınmış idmançı ekoloji problemlərə görə hökuməti tənqid edib.   

Bununla yanaşı azərbaycanlılarının sevimli futbol komandası “Traxtur”un durumundan təəssüfləndiyini bildirən Haşimi bir sra məsul şəxsləri Təbriz klubunu sıradan çıxarılmasında maraqlı olduqlarını qeyd edib.

“İkinci problem “Traxtur” komandasının durumudur. “Traxtur” artıq futbol komandası səviyyəsindən daha üstün səviyyədədir və azərbaycanlıların kimliyinin bir parçasıdır.

Qeyrətiniz varsa xalqın ən böyük sevinc mənbələrindən biri olan komandanın bəzi mənfəətçilər tərəfindən istismar edilməsinə, məqsədli şəkildə uduzdurmaqla onun tərəfdarlarının məyus olmasına imkan verməməlisiniz.

Məsul kimə və nəyə görə deyirlər?”-deyə, azərbaycanlı idmançı yerli məsulları ittiham edib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar