Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərindən olan gənc futbolçu Salar Ağapur dünyanın altıncı ən yaxşı futzalçısı seçilib.
Nüfuzlu “Futzal Planet” saytı tərəfindən 2021-ci ildə dünyanın ən yaxşı futzalçıları səsvermə yolu ilə müəyyənləşdirilib.
Güney azərbaycanlı Salar Ağapur 99 səslə 2021-ci ildə dünyanın altıncı ən yaxşı gənc futzalçısı adına layiq görülüb.
Salar Ağapur hal-hazırda Şərqi Azərbaycanın Vərziğan şəhərinin “Süngün” klubunun oyunçusudur və onun təmsil etdiyi Azərbaycan komandası da dünyanın ən yaxşı 10 futzal klubunun arasında yer alıb.
C.E