SON XƏBƏRLƏR

Kanadada yaşayan tanınmış güneyli heykəltaraş vəfat edib

2021.11.01, 13:29
Kanadada yaşayan tanınmış güneyli heykəltaraş vəfat edib

Gunaz.tv

Tanınmış sənətçi mühacirətdə yaşadığı Kanadada dünyasını dəyişib.

Təbrizdə dünyaya gələn Ruhi Tuna sonradan Türkiyəyə köçüb.

Bir müddət orada yaşadıqdan sonra 2007-ci ildə Kanadaya mühacirət edərək və orada fəaliyyətlərini davam etdirib. 

O, Mustafa Kamal Atatürk, Aksu Var, Məhəmməd Füzuli, Pir Sultan Abdal, Hacı Bektaş Vəli, Yəmini, Virani, Nəsimi, Şeyx Bədrəddin, Qoli Himmət, Aşıq Veysəl və digər türk şəxsiyyətlərinin heykəllərinin müəllifidir.

Qabriyel Ruhi Tuna Kanadaya köçdükdən sonra dahi Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyar, professor Məhəmməd Tağı Zehtabi və Həsən Dəmirçinin heykəllərini yonub.

Tanınmış sənətçi oktyabrın 30-da xərçəng xəstəliyindən vəfat edib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar