Güney azərbaycanlı müğənninin türkcə mahnısına lisenziya verilməyib

2020-07-05 16:45

İran dövlət televiziyası və Mədəniyyət Nazirliyinin məsulları Güney Azərbaycanlı müğənnin “Vətən Bizimdir” mahnısına lisenziya verməkdən imtina ediblər.

Gunaz.tv Quote | Gunaz article

Tanınmış pop müğənnisi Mehrdad Kəsani bu barədə öz İnstagram səhifəsində məlumat verib.

 

 

Onun sözlərinə görə, İran Radio-Televiziya Təşkilatının “Azəri  Şeir və Musiqisinə Nəzarət və Lisenziya Şurası” musiqinin “yerli(iranlı) olmaması” və “mahnı sözlərinin vətən mövzusu ilə əlaqəsizliyini”, eləcə də ifanın türkcə olmasını əsas gətirərək mahnıya lisenziya verməkdən imtina edib.

 

 

Məlumata əsasən, aidiyyəti qurumlar Kəsaninin “yerli və iranlı olmamağın necə müəyyənləşdirldiyi və  vətən deyəndə nəyin nəzərdə tutulduğu” suallarına cavab verməyib.

 

 

Bu qurumlar həmçinin müğənninin türkcə mahnıların ifasının qadağan edilməsi ilə bağlı hər hansı bir qanun maddəsinin olub-olmadığı barədə sualına da cavab verməkdən imtina edib.

 

 

Keçən həftə Güney Azərbaycanın digər pop müğənnisi Peyman Keyvani İran rəsmilərinin yaratdığı maneələrdən sonra musiqini buraxmağa məcbur olduğunu açıqlamışdı.

Gənc müğənni 2018-ci ildə də keçirmək istədiyi türkcə konsertə icazə verilmədiyi üçün gitarasını yandırmışdı.

 

 

İranda azərbaycanlı müğənnilərin əksəriyyəti konsert keçirmək üçün oxşar problemlə üzləşir. İslami İrşad və Mədəniyyət İdarəsi Azərbaycan şəhərlərində fars dilində konserti dəstəklədiyi halda, azərbaycanlı müğənnilər bir çox problemlə üzləşir.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19

gun az article

GünazTV June.18.2021: Körpü: Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-19

gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17