SON XƏBƏRLƏR

Güney Azərbaycan Televiziyası canlı efiri bərpa edir

2021.10.22, 14:25
Güney Azərbaycan Televiziyası canlı efiri bərpa edir

Gunaz.tv

Azərbaycan dilində yayınlanan Günaz.TV 24 saat ərzində maraqlı ictimai-siyasi, mədəniyyət, idman xəbərləri, analitik verilişlər, canlı müsahibələrlə xidmətinizdə olacaq.

Qeyd edək ki, Günaz.TV-də 2021-ci ilin avqustun 31-dən studiyaların yenilənməsi və müasir texniki avadanlıqların quraşdırılması ilə bağlı olaraq canlı yayım müvəqqəti dayandırılmışdı. 
Bu müddət ərzində efirə əvvəlcədən hazırlanmış veriliş və proqramlar verilirdi. 

Eyni zamanda xəbər və digər proqramlar Günaz.TV-nin sosial şəbəkə hesabları üzərindən də yayınlanırdı.

 

Güney Azərbaycan Televiziyası "Astra"-4A, "Yahilive" at  və Azərbaycan Respublikasının peyki olan "Azərspace" peykindən yayımlanır. 

Güney Azərbaycan Televiziyası (Günaz.TV) Azərbaycan Respublikasının peyki olan "Azərspace"dən də yayımlanır. "Azərspace"də televiziyanın yayım frekansı dəyişib. 
 


Günaz.TV-ni aşağıdakı freqanslardada izləmək mümkün olacaq:  
Astra. 4A  4,8°E
Freq. 12 380
Pol : H
275 00: 3/4

"Yahilive" ot  52,5° E
Freq. 12073
S/r 27 500
Pol : V

"Azərspace": 
Azerspace-46° E
Freq. 11023
S/R :16500
Pol : H

Qeyd edək ki, 2004-cü ildə qurulmuş Günaz. TV İran rejimin basqısı altında olan Güney Azərbaycan türklərinin və digər qeyri-fars millətlərinin azadlıq savaşına informasiya dəstəyi verir, siyasi məhbusların hüquqlarını müdafiəsi ilə bağlı kampaniya aparır. Günaz.TV həm də Azərbaycan musiqi və mədəniyyətini reklam edir. 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar