SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirib-VİDEO

2021.10.20, 07:36
Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirib-VİDEO

Gunaz.tv

Oktyabrın 14-də Təbriz, Culfa və Ərdəbil şəhərlərində narazı təhsil işçiləri Təhsil İdarəsinin qarşısına toplaşıb.

Müəllimlər və təqaüddə olan təhsil işçiləri sıralama və maaşların uyğunlaşdırılması planının yerinə yetirilməməsinə öz etirazlarını bildiriblər. 

Aksiyalarda “Müəllim ayrı-seçkilidən bezib” və digər şüarlar səslənib.

Pedqoqlar hüquqlarının pozulmasına və məsələnin həll olunacağı ilə bağlı hökumət tərəfindən verilən vədlərin yerinə yetirilməməsində etiraz ediblər.

Bununla yanaşı onlar müxtəlif bəhanələrlə, o cümlədən fərqli düşündüklərinə və siyasi baxışlarına görə həbs edilən müəllimlərin azad buraxılmalarını istəriblər.

“Məhbus müəllimlər azad edilsin” şüarını səsləndirən aksiyaçılar təhlükəsizlik orqanlarının fərqli düşünən müəllimlərə qarşı basqılarını pisləyiblər.

Qeyd edək ki, bundan öncə Zəngan şəhərində də oxşar istəklərlə bağlı etiraz aksiyası keçirilib.

İran Təhsil İşçiləri Dərnəkləri Koordinasiya Şurasının 23 sentyabrdakı çağırışından sonra İranın əksər şəhərləri iıə yanaşı Azərbaycan şəhərlərində də təhsil işçilərinin davamlı etiraz aksiyaları baş tutub.

Şuranın çağırışında əmək haqları və sıralama problemlərinin həll olunması ilə yanaşı əsas istək təhlükəsizlik orqanları tərəfindən həbs edilən müəllimlərin sərbəst buraxılmasıdır.

C.E  
 

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar