Güney Azərbaycan şəhərlərində müəllimlərin etiraz aksiyaları keçirilib-VİDEO

11.11.2021, 18:16

Noyabrın 11-i günorta saatlarında Güney Azərbaycan və İranın bir çox şəhərlərində müəllimlərin etiraz aksiyaları keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Ümumilikdə 50 şəhərdə keçirilən aksiyalarda hal-hazırda çalışan müəllimlərlə yanaşı təqaüdə çıxan təhsil işçiləri də iştirak ediblər.

İran Azad Həmkarlar İttifaqının verdiyi məlumata görə, aksiyalar zamanı bir sıra müəllimlər saxlanılıb və polis məmurları tərəfindən döyülüb.

Aksiyalar İran Təhsil İşçiləri Dərnəkləri Koordinasiya Şurasının noyabrın 11-ə etiraz aksiyalarının keçirilməsi ilə bağlı çağırışından sonra baş tutub.

İranın müxtəlif şəhərlərində, o cümlədən Güney Azərbaycanın Həmədan, Zəncan, Ərdəbil, Təbriz, Qəzvin və Culfa şəhərlərində müəllimlər Təhsil Nazirliyinin yerli nümayəndəlikləri qarşısına toplaşıblar.

Onlar müəllimlər və təhsil sahəsində çalışanların hüquqlarının pozulmasına, ölkənin illik büdcəsindən təhsil sahəsinə cüzi məbləğin ayrılmasına etiraz edib, rütbələndirmə qanununun icra olunmasını, təqaüdlərin bərabərləşdirilməsini tələb ediblər.
Narazılar həmçinin fəal müəllimlərin həbs olunmasına da etirazlarını bildiriblər.

Noyabrın 11-də İran Təhsil İşçiləri Dərnəkləri Koordinasiya Şurasının dərc etdiyi ümumölkə mitinqinin yekun bəyanatında təhsil işçiləri və təqaüdçülər üçün “Dövlət Qulluğunun İdarə Edilməsi haqqında” Qanunun icrasının 14 il gecikdirilməsi, etiraz aksiyası keçirmək hüququnun pozulması, etirazçılara qarşı sərt təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi, uzunmüddətli həbslər, döyülmə, ölkədən qovulma, deportasiyaya və müxtəlif məhrumiyyətlərə məruz qalmaları tənqid edilib. 

Qeyd edək ki, yeni təhsil ilinin başlanmasından bu günə kimi müəllimlər oxşar istəklərlə dəfələrlə aksiyalar keçiriblər.

C.E
 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda vacib əhəmiyyətli dəmiryolu layihəsi 21 ildir yarımçıq qalıb

2021-12-07

gun az article

Azərbaycan səfiri İranın energetika naziri ilə görüşüb

2021-12-07

gun az article

Binabın sənaye şəhərciyi ekoloji problem yaradır

2021-12-07

gun az article

Tikantəpənin “Afşar” xalça növü beynəlxalq qeydiyyata alınıb

2021-12-07

gun az article

Ərdəbil əyalətində şiddətli quraqlıq hökm sürür

2021-12-07

gun az article

Güney azərbaycanlı insan haqları müdafiəçiləri Cenevrədə çıxış ediblər

2021-12-07

gun az article

Yoxsulluq nəticəsində Urmuda dilənçilərin sayı çoxalıb

2021-12-07

gun az article

Qərbi Azərbaycanda on minlərlə şagird məktəbli ləvazimatından məhrumdur

2021-12-07

gun az article

Həmədanda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-12-07

gun az article

Güneyli rejissorlardan daha bir uğur: Beynəlxalq festivalda mükafat qazandılar-VİDEO

2021-12-07

gun az article

Təbrizin ekoloji problemləri ilə bağlı həyəcanlı açıqlama: Millət vəkili hökuməti tənqid etdi

2021-12-07

gun az article

Təbrizli ixtiraçı hökuməti tənqid etdi

2021-12-06

gun az article

Təbrizin millət vəkili: “Milli və etnik dillərin tədrisi lazımdır”

2021-12-06

gun az article

“Traxtur”un sabiq futbolçusu vəfat etdi

2021-12-06

gun az article

Şərqi Azərbaycanda qanunsuz qazıntıları narazılıq yaradıb

2021-12-06

gun az article

Urmuda silah-sursat aşkar olunub

2021-12-06

gun az article

Təbrizdə aksiya: “Səhənd cam” şüşə şirkətinin işçiləri tətilə başladı

2021-12-06

gun az article

Tehranda qeyri-fars adlarına yasaq qoyuldu-Polis rəisindən xəbərdarlıq

2021-12-06

gun az article

Ərdəbilli fəalın evində axtarış aparılıb

2021-12-06

gun az article

Süngün mis mədənində fövqəladə vəziyyət: İşçilərə təzyiqlər gücləndirilib-VİDEO

2021-12-05