SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli təşkilatları 21 Azərlə bağlı bəyanat yaydı

2021.12.05, 13:25
Güney Azərbaycan Milli təşkilatları 21 Azərlə bağlı bəyanat yaydı

Gunaz.tv

“1324 -cü il Azər ayının 21-də ( 12 dekabr 1945) Azərbaycan türkləri azadlıq, ədalət və milli hökumət ideyası əsasında Güney Azərbaycanda Milli Hökumətin yaradılmasına öz tarixi qərarlarını vermiş oldular. Bununla millətimiz mədəni hüquqlarını, milli kimliyini və iqtisadi rifahını təmin edən demokratik bir toplumda yaşamaq istəyini gerçəkləşdirmiş oldu”-deyə, bəyanatda bildirilir. 

Bəyanatda qeyd olunur ki, Milli hökumət qısa ömür yaşasa da, milli dövlətçilik tarixində mühüm rol oynayıb:

“Milli dövlətçilik tariximizin əhəmiyyətli dönüş nöqtəsi olan Azərbaycan Milli Hökuməti bir çox uğurlara imza atsa da, Pəhləvi rejiminin siyasəti və amansız hərbi cinayətləri nəticəsində onun fəaliyyətinə son verildi. Bununla belə azadlıqsevər millətimiz özünün milli ideyalarına söykənən demokratik istəklərindən vaz keçməyərək mübarizəsini davam etdirməkdədir”. 

ADF "21 Azər" Hərəkatınln 74-cü ildönümünü konfransla qeyd etdi

Sənəddə bildirilir ki, iqrçi fars siyasi qurumları Güney azərbaycanlıların Milli Dövlətçilik uğrunda mübarizəsinə maneələr yaratmağa çalışır. 

“Şovinist fars siyasi qurumları xain planlarla bu gün də Milli hərəkatımızı təsir altına salmağa və öz yolundan yayındırmağa cəhd edirlər. 

Bu cəhdlərin qarşısının alınması üçün Milli hərəkatımızın mübarizə təcrübəsinə dayanaraq Güney Azərbaycanla bağlı fəaliyyətlər daha təşkilatlanmış formada aparılmalı, ümummilli etirazlara çağırış və səslənən şüarlar Türk dilində olmalı, müxtəlif şəhərlərdə milli fəallar arasında koordinasiyalı iş biriliyi aparılmalı, çağırışların zamanı və yeri şəraitə uyğun olaraq təyin edilməlidir”-deyə, sənəddə qeyd olunur.

Bəynaatda milli birliyə çağırış ifadə olunur: 

“Güney Azərbaycan Təşkilatları olaraq biz, 21 Azər gününün Güney Azərbaycanda anılmasını və Urmu gölü ilə bağlı hər türlü milli etiraz cağırışlarını və təşəbbüsləri dəstəkləyir, millətimizi bu təşəbbüslərə qoşulmağa çağırırıq”.


Qeyd edək ki, bəyanatı bu təşkilatlar imzalayıb:
Güney Azərbaycan Təşkilatlar İş Birliyi,
Güney Azərbaycan Azadlıq Cəbhəsi (GAMAC),
Azərbaycan Mərkəz Partiyası (AMP),
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş),
Azərbaycan Öyrənci Hərəkatı (AZOH),
Güney Azərbaycan Demokrat Partiyası (GADP),
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP),
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP),
Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH),
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB).

Ayxan


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar