SON XƏBƏRLƏR

"Müzəffər Azərbaycan ordusunun yanındayıq"-Güney Azərbaycan Təşkilatları bəyanat yaydı

2022.09.14, 07:11
"Müzəffər Azərbaycan ordusunun yanındayıq"-Güney Azərbaycan Təşkilatları bəyanat yaydı

Gunaz.tv

Bəyanatda deyilir:

"Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında öz dəstəkçilərinin məkrli planlarına uyan terrorçu Ermənistan hakimiyyəti Azərbaycana qarşı növbəti irimiqyaslı təxribat törədib.

İşğalçı Ermənistanın silahlı terrorçu ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərini atəşə tutublar.

Bu təxribatın qarşısı alınarkən Azərbaycan ordusu itkilər verib və 50 hərbiçimiz şəhid olub. 

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi Ali Baş komandan cənab İlham Əliyev başda olmaqla Milli  Ordumuza, Vətənimiz Azərbaycan uğrunda şəhid olan qəhrəman hərbiçilərimizin ailələrinə və Millətimizə dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyir". 

Bəyanatda qeyd olunur ki, Güney Azərbaycan milli təşkilatları Azərbaycan dövlətçiliyinin yanındadır.

"Biz Güney Azərbaycan Təşkilatları olaraq Azərbaycan dövlətçiliyinin, onun ərazi bütövlüyünün və müzəffər Azərbaycan ordusunun yanındayıq.

Düşmənlərimiz bilsinlər ki, dünyada və Güney Azərbaycanda yaşayan milyonlarla igid Azərbaycan türkü Vətənimiz Azərbaycan uğrunda canlarından keçməyə, düşməndən şəhidilərimizin qisasını almağa və Ermənistana bu təcavüzün bədəlini ən ağır şəkildə ödətməyə hazırdırlar"-deyə, bəyanatda bildirilir.

Qeyd edək ki, bəyanatı 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP) və
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) imzalayıb.

 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar