Güney Azərbaycanın problemləri BMT-də səsləndiriləcək- Jalə Təbrizli İranda çıxarılan ədalətsiz məhkəmə qərarlarından danışıb

02.11.2021, 11:17

Tanınmış güneyli insan haqları müdafiəçisi, "Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətinin sədri Jalə Təbrizli BMT-də Güney Azərbaycan problemlərinin səsləndirilməsinə imkan yarandığı və başqa məsələlər barədə “Amerikanın səsi” radiosuna müsahibə verib.

Gunaz.tv Quote | Gunaz article

 O, müsahibədə son vaxtlar İranda türk milli fəallara qarşı çıxarılan ədalətsiz məhkəmə qərarlarından, həbs və şallaq hökmlərindən danışıb.

J.Təbrizli habelə BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisinin illik hesabatı haqqında məlumat verib.

“Bu yaxınlarda Ərdəbil şəhərində 12 vətəndaşın həbs və şallaq cəzasına məhkum edilməsi İran Azərbaycanında mədəni fəallar arasında geniş təpki yaradıb. Bu vətəndaşlar keçən ilin sentyabr ayında Azərbaycan Respublikasına dəstək mitinqləri ilə əlaqədar mühakimə ediliblər”-deyə, Jalə Təbrizi bildirib.

Jalə Təbrizli xüsusilə şallaq hökmünün milli fəallar arasında qorxu salmaq məqsədilə çıxarıldığını vurğulayıb:
“Eyni zamanda ki, İslam Cümhuriyyəti öz (hərbi) qüvvələrini orada sərhədə topladı, o tərəfdən də bunların mühakimələri başladı. Bu mühakimələrin hamısı qorxu yaratmaq üçündür. Şallaq hökmü ilə bizə həqarət edirlər.
Yəni bir milləti təhqir edirlər".

Son aylarda GüneyAzərbaycanda təşkil olunan etiraz aksiyaları ilə əlaqədar nəzarət altına alınan bəzi fəalların həm İnqilab, həm də cəza məhkəmələrində mühakimə edildiyini vurğulayan hüquq müdafiəçisi hesab edir ki, bu, qanunsuzdur.

"Əvvəla bunu deyim ki, İnqilab Məhkəməsi inqilabın əvvəlində idi. İndiyə qədər ləğv edilməli idi. Amma, indi 43 ildir bunlar davam edir və əslində qanunsuz məhkəmələrdir.

Fəalları indi iki məhkəmədə mühakimə edirlər ki, birində hökm almasalar, o birində mütləq məhkum olsunlar"-deyə, hüquq müdafiəçisi bildirib.

O, bildirib ki, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman oktyabrın 25-də BMT-nin Baş Məclisində illik hesabatını təqdim edərkən xüsusilə İranda edam cəzasından siyasi alət kimi istifadə edildiyini önə çəkib.

“Cavid Rəhmanın yeni hesabatı edamlar haqqında idi. İslam Cümhuriyyəti bugün yenə başlayıb insanları, hətta uşaqları edam etməyə, həbsxanalarda insanları yox etməyə. Bütün bunları Cavid Rəhman aşkar şəkildə deyib"-deyə, hüquq müdafiəçisi bildirib.

Qeyd edək ki, Jalə Təbrizlinin rəhbərlik etdiyi "Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətinə bir müddət əvvəl BMT-nın İqtisadi və Sosial Şurası (ECOSOC) yanında məsləhətçi statusu verilib.

J.Təbrizli bu status vasitəsilə İran Azərbaycanında insan haqları pozuntularını daha çox səsləndirəcəklərini söyləyib.

“Biz bu statusu almaq üçün çox mübarizə apardıq. Təkidimiz bu idi ki, bizim məsələlərimizin çoxu İranın insan haqları qismində gündəmə gəlmir.

Azərbaycanın problemlərini: ekologiya, ana dili və milli kimlik mübarizəsini, işçi, uşaq və qadın hüquqlarını, işsizlərin məsələsini, Urmiyə gölünün quruması və s. problemləri gündəmə gətirmək lazımdır.

Azərbaycanda müxtəlif məzhəbə inanan insanlar yaşayır və bunların çoxu basqı altındır. Yəni o qədər problemimiz var ki, bizim gərək öz qeyri-hökumət təşkilatımız, öz statusumuz olaydı ki, öz haqlarımızı müdafiə edə bilək”-deyə, Jalə Təbrizli vurğulayıb.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Kiber məkana nəzarətin əleyhinəyəm”- Urmulu millət vəkili

2021-11-27

gun az article

Qərbi Azərbaycan sərhədində silah-sursat aşkar edilib

2021-11-27

gun az article

Təbrizdə meyvə-tərəvəz satıcıları aksiya keçirib-VİDEO

2021-11-27

gun az article

Təbrizdə aksiya: İşçilər etiraza başladı

2021-11-27

gun az article

Qərbi Azərbaycanda on minlərlə hektar əkin sahəsi məhv olmaq üzrədir

2021-11-27

gun az article

Həmədanda narazılıq: Xalçaçılar sığorta xidmətindən yararlana bilmir

2021-11-27

gun az article

Tufarqanın sənaye şəhərciyində güclü yanğın baş verib

2021-11-27

gun az article

Həmədanda İran hərbçisi öldürülüb

2021-11-27

gun az article

Zənganda quraqlıq davam edir- Bəndlərdə suyun həcmi kəskin azalıb

2021-11-27

gun az article

"Türkdilli mediaya və türk dilində yazılan əsərlərə dəstək verin"-Güneyli deputat nazirliyə çağırış etdi

2021-11-27

gun az article

Təbrizli fəalı döyən kəşfiyyatçılara qarşı həbs qətimkan tədbiri ləğv edilib-Ruzbeh Piri etiraz məktubu yazdı

2021-11-27

gun az article

Qoşaçayda məktəb çatışmazlığı yaşanır

2021-11-26

gun az article

Ərdəbilli uşaqların əsərləri Yaponiyanın beynəlxalq rəsm müsabiqəsində nümayiş olunacaq

2021-11-26

gun az article

Qərbi Azərbaycanda toyuq əti qıtlığı yaşanır

2021-11-26

gun az article

Horandda qanunsuz tarixi əşya qaçaqmalçıları həbs edilib

2021-11-26

gun az article

Həmədanda Səlcuqlu və Elxanlılar dövrünə aid qiymətli tarixi əşyalar tapıldı

2021-11-26

gun az article

Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib -Divarlara şüarlar yazılıb-FOTOLAR

2021-11-26

gun az article

Həmədanda çörəyin qiyməti kəskin bahalaşdı

2021-11-26

gun az article

Hökumətin laqeydliyi üzündən Təbrizdə tarixi “Bağırxanın evi" yox olmaq üzrədir

2021-11-26

gun az article

Güneyli aktyordan azərbaycanlılara müraciət: "Türkçə çəkilmiş filmlərə dəstək olun"

2021-11-26