Güney Azərbaycan təşkilatları İranın anti-Azərbaycan siyasəti ilə bağlı bəyanat yayıb

08.08.2022, 18:01

Güney Azərbaycan təşkilatları İranın anti-Azərbaycan siyasətləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

Gunaz.tv Quote | Gunaz article

"Zəngəzur dəhlizinin açılmasına mane olmaq məqsədilə İran fars rejimi tərəfindən rəsmi olaraq yenə də Azərbaycanın tarixi ərazi gerçəklikləri təhrif olundu, saxta və əsassız bəhanələrlə hədələyici açıqlamalar səsləndirildi.

İranın uydurma “İran-Ermənistan sərhədinin bağlanması” bəhanəsi əslində onun anti-Azərbaycan və anti-Türk düşmənçiliyindən qaynaqlanır.

Bu bir faktdır ki, İran fars rejimi illərdir işğalçı Ermənistan üzərindən erməni və kürd (PKK, PJAK və s.) terror örgütlərini bəstləyir, Ermənistan ərazisini narkotik və silah qaçaqmalçılığı üçün tranzit olaraq istifadə edir. 

Ona görə də İran Zəngəzur dəhlizinin açılması ilə bağlı  yersiz açıqlamaları ilə əslində bölgədə təhlükəsizlik və sabitliyə qarşı çıxır,  regionun siyasi və iqtisadi gəlişməsinə mane olmaqla sülh və əməkdaşlığın yaranmasını istəmir". 

Bəyanatda bildirirlir ki, bu məqsədlə İran rejimi həm də himayə etdiyi terror-təxribat qrupları vasitəsilə din adı altında Azərbaycana qarşı fars siyasi şiəçilik təbliğatı aparır.

"Son günlərdə İranın radikal şiə ünsürlərinin anti-Azərbaycan fəaliyyətlərinin artması, Londondakı Azərbaycan səfirliyinə hücumun təşkili və dövlət bayrağımızın təhqir olunması onun Azərbaycan dövlətçiliyinə qarşı ideoloji və terror xarakterli düşmənçiliyinin  açıq sübutudur. 

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi hər zaman Azərbaycan dövlət və dövlərçiliyinin yanında olacağını bəyan edir, İran rejiminin bölgəsəl və qlobal strateji əhəmiyyətə malik olan Zəngəzur dəhlizi ətrafındakı hədələyici tutumunu qınayır və İran fars rejimindən Azərbaycan dövlətçiliyinə qarşı apardığı təxribat planlarını dayandırmasını tələb edir"-deyə, bəyanatda qeyd olunur. 

Bəyanatı Güney Azərbaycan Təşkilatlari İşbirliyi Mərkəzinə daxil olan qurumlar imzalayıb:

1. Güney Azərbaycan Azadlıq Cəbhəsi GAMAC)
2. Azərbaycan Mərkəz Partiyası (AMP)
3. Azərbaycan  Milli Dirəniş Təşkilatı (Dirəniş)
4. Azərbaycan  Öyrənci  Hərəkatı (AZOH)
5. Güney Azərbaycan  Demokrat Partiyası (GADP)
6. Güney Azərbaycan  İstiqlal Partiyası (GAİP)
7. Güney Azərbaycan  Liberal Demokrat Partiyası (GALDP)
8. Güney Azərbaycan Demokratik Türk  Birliyi (GADTB).

 

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmu Universitetinin öyrənciləri tətil aksiyasına çağırış etdi

2022-09-28

gun az article

Təbrizdə saxlanılanlardan 40 nəfərinin kimliyi bəlli olub

2022-09-27

gun az article

ETTELAAT Urmuda milli fəalın evinə basqın edib

2022-09-27

gun az article

Təbriz Universitetində aksiya: Stomatologiya fakültəsinin öyrənciləri dərsləri boykot etdi

2022-09-27

gun az article

“Parlaq gələcək”də müzakirə: “Etirazların dəyərləndirilməsi” və “Hədis Nəcəfi”-VİDEO

2022-09-27

gun az article

Azərbaycanın "Şəhid Mədəni" Universitetinin öyrənciləri tətilə başlayıb

2022-09-27

gun az article

İran hökuməti etirazçılara qarşı məhkumlardan istifadə edir

2022-09-27

gun az article

Məlikanda həbs edilən fəallar aclığa başlayıb

2022-09-27

gun az article

Ərdəbildə saxlanılan milli fəallardan xəbər yoxdur

2022-09-27

gun az article

Təbrizdə yazılı vərəqələr yayılıb

2022-09-27

gun az article

ETTELAAT Əhərdə milli fəal Saleh Molla Abbasinin evinə basqın edib

2022-09-27

gun az article

Təbrizdə etiraz aksiyası başlayıb- Güllə və partlayış səsləri eşidilir-VİDEO

2022-09-26

gun az article

Təbriz Universitetində aksiya keçirilib-VİDEO

2022-09-26

gun az article

İran millisinin rəsmi səhifəsi türk futbolçunu izləməyi dayandırıb

2022-09-26

gun az article

"Əxlaq polisi cəmiyyəti hicablı etmədi, əksinə onu iffətsiz və əqidəsiz etdi"-Millət vəkili

2022-09-26

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırış edilib

2022-09-26

gun az article

Rəisi Təbrizdə etirazlara qatılanları iğtişaşçı və təxribatçı adlandırıb

2022-09-26

gun az article

Bacısı etirazlarda qətlə yetirilmiş Cavad Heydərinin məzarı başında saçlarını kəsdi-VİDEO

2022-09-26

gun az article

Futbol üzrə İran millisinin üzvü Sərdar Azmun etirazlara dəstək verdi

2022-09-26

gun az article

“Azadlıq səsi”: “Güney Azərbaycan və İranda baş verən olaylar” - VİDEO

2022-09-26