SON XƏBƏRLƏR

Güney Azərbaycan üzrə koronavirusa yoluxma və ölüm sayı açıqlandı

2021.10.20, 07:36
Güney Azərbaycan üzrə koronavirusa yoluxma və ölüm sayı açıqlandı

Gunaz.tv

Son sutkada Qərbi Azərbaycan əyalətində 1214 nəfər koronavirusa yoluxub.

Onlardan 297 nəfər tibb mərkəzlərinə yerləşdirilib. Hazırda əyalət xəstəxanalarında müalicə olunan COVİD-19 xəstələrinin sayı 1931 nəfərdir.

Onlardan 307-i reanimasiya bölmələrində yerləşdirilib. 60 xəstə süni tənəffüs aparatına qoşulub.

Son 24 saatda Qərbi Azərbaycanda daha 18 COVİD-19 xəstəsi həyatını itirib. Bununla da əyalətdə bu günə kimi koronavirus qurbanlarının sayı 6310 nəfərə çatıb.

İran Səhiyyə Nazirliyinin verdiyi statistikaya görə, son sutkada ölkə üzrə 13271 nəfər virusa yoluxub, 272 xəstə dünyasını dəyişib.

Pandemiyanın başlamasından bu günə kimi İranda 5572962 nəfər COVİD-19-a yoluxub,120160 nəfər həyatını itirib.

C.E  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar