SON XƏBƏRLƏR

Güclü qar yağışı Şərqi Azərbaycanda həyatı iflic etdi: Dərslər dayandırıldı, 250 kəndin yolu tamamilə bağlanıb

2022.01.17, 10:53
Güclü qar yağışı Şərqi Azərbaycanda həyatı iflic etdi: Dərslər dayandırıldı, 250 kəndin yolu tamamilə bağlanıb

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Yollar və Yükdaşıma Nəqliyyatının başçısı Orucəli Əlizadənin mediaya verdiyi açıqlamaya görə, əyalətdə 250 kəndin yolu tamamilə bağlanıb, əksər yollarda nəqliyyatın hərəkəti çətinləşib.

Əyalətin Baş Təhsil İdarəsi yaydığı bildirişdə yanvarın 17-də məktəblərdə və universitetlərdə dərslərin dayandırıdlığını, dövlət idarələrinin iş saatının təxirə salındığını qeyd edib.

Ərdəbil əyalətinin Yollar və Yükdaşıma Nəqliyyatının başçısı Kəlimullah Vusuqi isə əyalətdə 500 kəndin ətrafdan təcrid olunduğunu deyib.

Onun sözlərinə görə, əyalətin bir sıra bölgələrində, xüsusilə dağlıq bölgələrdə qar qalınlığının 50 santimetrdən çox olub.

Qərbi Azərbaycan, Zəngan, Qəzvin və Həmədan əyalətlərində də güclü qar və çovğun yolların kənd yollarının  bağlanması ilə yanaşı əsas yolların buz bağlamasına, nəqliyyatın hərəkətinin çətinləşməsinə, bir sıra yolların isə tamamilə bağlanmasına səbəb olub.

Əlaqədar qurumlar əhalini və sürücüləri zəruri olmadığı təqdirdə yola çıxmamağı tövsiyə edib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar