SON XƏBƏRLƏR

Güney Azərbaycan əyalətlərində koronavirusdan ölənlərin sayı artıb

2022.02.16, 05:54
Güney Azərbaycan əyalətlərində koronavirusdan ölənlərin sayı artıb

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan əyaləti Universitetinin Koronavirus İdarəetmə və Nəzarət Qərargahının İşçi Qruöunun başçısı Əli Əfşani açıqlama verib.

O, son 24 saat ərzində 6 koronavirus xəstəsinin həyatını itirdiyini, bununla da Qərbi Azərbaycanda bu günə kimi "korona" qurbanlarının sayının 7299 nəfərə çatdığını deyib.

Təbriz Tibb Universitetindən verilən məlumatda isə Şərqi Azərbaycan əyalətində yoluxma sayının kəskin artdığı, gündəlik götürülən testlərin 30-35%-nın nəticəsinin müsbət olduğu və hər gün ortalama 6-7 xəstənin dünyasını dəyişdiyi qeyd olunub.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar