SON XƏBƏRLƏR

Güney Azərbaycanda dəmiryolu işçiləri podradçı şirkətlərdən narazıdır

2022.04.14, 11:21
Güney Azərbaycanda dəmiryolu işçiləri podradçı şirkətlərdən narazıdır

Gunaz.tv

Üstəlik işçilər problemlərin həlli ilə bağlı bu günə kimi verilən vədlərin yerinə yetirilmədiyini bildirib.

Narazı işçilərin nümayəndəsi sosial mediada bununla bağlı paylaşım edib. O, yeni günəş ilinin başlamasından 24 gün keçməsinə baxmayaraq ötən ildən qalan əmək haqlarının ala bilmədiklərini yazıb.

“Gündə 80-12 saat arası işləməyimizə və ən aşağı əmək haqqı almağımza baxmayaraq ödənişlərin vaxtında edilməməsi əlavə problemlər yaradır. Dəmiryolu iradəsinin rəhbərliyi ilə podratçı şirkətlər əlbir olaraq bizim hüquqlarımızı pozurlar”-deyə, paylaşımda yazılıb.

Paylaşımda narazı işçilərin 15 ildir podratçı şirkətlərin müvəqqəti müqavilələri əsasında işlədiklərini və bu səbəbdən qanunla nəzərdə tutulmuş bir çox hüquqlar və xidmətlərdən məhrum olduqları qeyd olunub.

Son aylar Şərqi. Qərbi Azərbaycan və Zəngan əyalətinin dəmir yolu işçiləri dəfələrlə etiraz, tətil aksiyası keçirib və hüquqlarının pozulmasını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Dəmir Yolları Şirkətinin təmir bölməsində 2000 işçi çalışır və onların bir çoxu podratçı şirkətlər tərəfindən müvəqqəti müqavilələrlə işə götürülüb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar