SON XƏBƏRLƏR

Güney Azərbaycanda ekoloji aksiyalar davam edir

2022.07.10, 05:19
Güney Azərbaycanda ekoloji aksiyalar davam edir

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin Tikantəpə şəhərinin milli və çevrə fəaları şəhərdə ekoloji problemlə bağlı yazılan bəyanatı yayıb, divarlara yapışdırblar.

Bununla yanaşı bir qrup mədəni və çevrə (ətraf mühit) fəalı Urmu gölünün qurumasına diqqət çəkmək məqsədilə Savalan dağına yürüş təşkil edib.

Onlar Savalan zirvəsində Urmu gölünün acınacaqlı durumunu əks etdirən, ekoloj fəlakətlə bağlı türkcə şüarlar yazılan baner qaldırıblar.

Qeyd edək ki, son günlər Güney Azərbaycanda hökumətin qurumaqda olan Urmu gölünə laqeyd münasibəti və gölün bərpası ilə bağlı vədlərin yerinə yetirilməməsinə qarşı davamlı olaraq etiraz aksiyaları keçirilir.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar