Güney Azərbaycanda iş qəzalarında 4 işçi həyatını itirib

07.06.2022, 10:13

Qəzvin şəhərin karton istehsal edən şirkətlərindən birində faciə baş verib. İki işçi quyuya düşərək ölüb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Qəzvin şəhərinin Yanğınsöndürmə İdarəsindən məlumat verilib.

Məlumatda son bir il ərzində Qəzvində 400 iş qəzasının baş verdiyi bildirilir. Lakin ölü və yaralı sayı barədə dəqiq açıqlama verilməyib.

Qərbi Azərbaycan əyalətininn Təcili Yardım Mərkəzinin başçısı Baqir Bəhrami iyunun 6-da Urmu şəhərində çoxqatlı yarımçıq binada çalışan iki işçinin şiddətli külək nəticəsində hündürlükdən yıxılaraq öldüyünü bildirib.

Qeyd edək ki, İran Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəsmi məlumatlara görə hər il İranda minlərlə işçi iş qəzaları nəticəsində həyatını itirir, on minlərlə işçi isə yaralanır.

Müstəqil Həmkarlar İttifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu geyim, avadanlıqlarla təmin edilməmələrini ölüm hallarının çoxalmasındaa əsas səbəblərdən biri kimi göstərirlər. 

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social