SON XƏBƏRLƏR

Güney Azərbaycanda mədəni aksiya: Uşaqlara türkcə kitablar paylanılıb

2021.12.15, 08:36
Güney Azərbaycanda mədəni aksiya: Uşaqlara türkcə kitablar paylanılıb

Gunaz.tv

Aksiya 17 dekabr 1946-cı ildə Güney Azərbaycanda Milli Hökumət devrildikdən sonra türkcə dərslik və kitabların yandırılması gününün ildönümü ilə əlaqədar təşkil olunub. 

Milli-mədəni fəallar türk dilində uşaqlar və yeniyetmələr üçün nəşr olunan çox sayda kitab paylayıb, fars şovinistləri tərəfindən türkcə kitabların yandırılmasına etirazlarını bildirib, qeyri-fars dillərə qarşı oxşar siyasətin davam etdiyini xatırladıblar. 

Qeyd edək ki, 1946-cı ildə Azərbaycan milli Hökuməti devrildikdən sonra mərkəzi hökumət qoşunları Azərbaycan şəhərlərində qırqın törətməklə yanaşı türk dilində nəşr olunan dərslik və başqa kitabların yandırılmasına başladılar. 

Xüsusilə 12 dekabr (26 azər) günü güney Azərbaycanın bir çox bölgələrində hökumət qoşunları və onların yerli əlaltıları bir illik Milli Hökumət dövründə çap olan türkcə kitabları toplayaraq yandırıblar. 
Bu hadisədən sonra dahi Azərbaycan şairi Səməd Vurğun məşhur “Yandırılan kitablar” şeirini yazıb. 

Cəllad sənin qalaq-qalaq yandırdığın kitablar 
Min kamalın şöhrətidir, min min ürəyin arzusu... 
Biz köçürük bu dünyadan, onlar qalır yadigar, 
Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar