SON XƏBƏRLƏR

Güney Azərbaycanda “Bütün şumer və türk sözlərinin etimoloji müqayisəli analitik tədqiqi” adlı kitab nəşr olunub

2022.08.03, 11:01
Güney Azərbaycanda “Bütün şumer və türk sözlərinin etimoloji müqayisəli analitik tədqiqi” adlı kitab nəşr olunub

Gunaz.tv

Bundan öncə Azərbaycanın eramızdan əvvəl tarixi haqqında 6 cild kitab yazan Rəhim Baqqal Əsgəri (Ağ Bayraq) yeni kitabının nəşri barədə özünün instaqram hesabında məlumat verib.

"Bu kitab mənim 12 illik zəhmətimin nəticəsidir. Kitab 1300 səhifə və iki hissədən ibarətdir.

Birinci hissədə türk və şumer dillərinin qrammatikasının eyniliyini təhlil etdim, ikinci hissədə isə 6580 şumer sözünü türk sözləri ilə müqayisə edərək onların eyni olduğunu və eyni məna daşıdığını sübut etdim"-deyə, müəllif özünün sosial media hesabında paylaşım edib.

Başqa bir tədqiqatçı ilə birlikdə Şumer yazılarının əksəriyyətini tərcümə edən və Rəhim Baqqal Əsgərinin kitabına ön söz yazan tanınmış tədqiqatçı İlmiyə Çığ, kitabın müqəddiməsində “6580 türk və şumer sözünün oxşarlığını sübut edən bu kitab, şumerlərin türklüyünün inkar edilməz olduğunu göstərir"-deyə, yazıb.

Kitabın müəllifi onun çap olunmasının qarşısını almaq üçün müxtəlif problemlər yaradıldığını, bəhanələr gətirildiyini, ancaq sonunda kitabın nəşrinə nail olduğunu deyib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar