SON XƏBƏRLƏR

Türkcə çəkilmiş “Atabay” filmi Güney Azərbaycanda böyük uğur qazanıb

2021.12.03, 11:11
Türkcə çəkilmiş “Atabay” filmi Güney Azərbaycanda böyük uğur qazanıb

Gunaz.tv

Təbrizdən sonra Urmu, Ərdəbil və Zənganda nümayiş etdirilən “Atabay” filminin bir neçə gün içində 45 min bileti satılıb.


Filmin rejissorunun verdiyi məlumata görə, koronavirus məhdudiyyətlərinə baxmayaraq azərbaycanlılar tərəfindən maraqla qarşılanan filmin ilk həftənin sonunda bilet satışından gəliri 1 milyard tüməndən çox olub.


Qərbi Azərbaycan İncəsənət Mərkəzinin başçısı Əhəd Huşmənd mediaya verdiyi açıqlamada qısa müddətdə Urmuda 3 min bilet satıldığını deyib.


“Türkcə çəkilən filmin əhali tərəfindən maraqla qarşılandığını nəzərə alaraq rejissorların və sinəma fəallarının bundan sonra türk dilində film çəkməyə dahada rəğbət göstərəcəklərinə umud edirəm”-deyə, Huşmənd bildirib.
Türkcə filmin göstərilməsi sosial media istifadəçiləri tərəfindəndə geniş işıqlandırılıb və əməyi olanlar təqdir edilib.


“65 yaşlı anam ömründə ilk dəfə Atabay filminə baxmaq üçün sinəmaya getdi. O, bunu öz türkcə çəkilən filmin dilini başa düşdüyü üçün etdiyini deyir”-deyə, sosial media istifadəçilərindən biri yazıb.


Qeyd edək ki, noyabrın 25-də türkcə çəkilmiş “Atabay” filmi Təbrizin “Setarebaran” kinoteatrında nümayiş etdirilib.
Filmi izləmək istəyənlərin sayı çox olduğundan bilet çatışmazlığı yaranıb.


Niki Kəriminin rejissorluğu ilə çəkilən türkcə filmin azərbaycanlılar tərəfindən yüksək coşğu ilə qarşılanması filmin rejissoru və oyunçularını heyrətləndirib.


Onlar açılış mərasimində etdikləri çıxışlarında filmin bu səviyyədə rəğbətlə qarşılanacağını düşünmədiklərini deyib və azərbaycanlılara təşəkkürlərini bildiriblər.


C.E  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar