SON XƏBƏRLƏR

Güneydə ana dilində təhsillə bağlı kampaniya başladı

2021.11.02, 11:12
Güneydə ana dilində təhsillə bağlı kampaniya başladı

Gunaz.tv

Ana dili hərəkatının fəalları türk dilində təhsilin asanlaşdırılması istiqamətində qanunların qəbulu üçün kampaniya başladıb.

Məktubda məsələnin tərbiyəvi və psixoloji tərəfləri qabardılır.  Bildirilir ki, ana dili farsca olmayan uşaqların məktəbəqədər və ibtidai sinifdən fars dilində təhsil alması çox çətindir.

Məktub müəllifləri və onu imzalayanlar uşaqların psixi sağlamlığı və rahatlığı üçün ana dilində təhsil haqqında qanunun qəbul edilməsini vacib sayıb.

Qeyd olunub ki, fars dili dərsləri fars ədəbiyyatı kimi kurslarla yanaşı tədris olunmalıdır.

Məktub məclisin Təhsil Komissiyasının rəhbəri,  Təbriz, Tufarqan və Üskü şəhərlərinin İslami Şura Məclisindəki nümayəndəsi Əlirza Monadiyə ünvanlanıb.

Hər dəfə parlament seçkiləri öncəsi yüksək məbləğdə vəsait xərcləyən Əlirza Munadi eyni zamanda təbliğat kampaniyası zamanı Azərbaycan dili və mədəniyyəti amilindən də istifadə etməyə çalışır.

Lakin parlamentə seçildikdən sonra verdiyi vədləri unudur.

Bu, ona səs verən əhalinin narazılığı və etirazları ilə qarşılansa da, Əlirza Munadi bu günə kimi məsələ ilə bağlı parlamentdə hər hansı çıxış etməyib və təklif irəli sürməyib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar