Güneydə Azərbaycan Respublikasına dəstək aksiyaları keçirilib-FOTOLAR

02.10.2021, 10:50

Güney Azərbaycanın müxtəlif şəhərlərində Azərbaycan Respublikasına dəstək aksiyaları keçirilir.

Gunaz.tv Quote | Gunaz article

Oktyabrın 1-dən İran ordusunun Azərbaycan Respublikası ilə sərhəd bölgələrdə keçirməyə başladığı hərbi təlimlər, İran rəsmiləri və panfarsist cərəyanlara bağlı şəxslərin Azərbaycana qarşı çıxışları Güney Azərbaycanda narazılıqla qarşılanıb.

İranın Azərbaycana qarşı qərəzli siyasətinə cavab olaraq Güney Azərbaycanın müxtəlif şəhərlərində aksiyalar keçirilib.

Oktyabrın 1-də İranın hərbi təlimlərə başlaması ilə eyni vaxtda bir sıra bölgələrdə, özəlliklə sərhəddə yaxın şəhərlərdə güneyli fəallar tərəfindən divarlara milli şüarlar yazılıb. Sosial şəbəkələrdə Azərbaycan Respublikasına dəstək nümayiş etdiriblər.  

Güney Azərbaycan şəhərlərində divarlara "Yaşasın Azərbaycan Cümhuriyyəti, "Ayağa qalx, Azərbaycan", "Cənubi Azərbaycan milləti, Azərbaycan ordusunun yanındadır" məzmunlu şüarlar yazılıb. 

Bununla yanaşı fəallar oktyabrın 1-i, Təbriz vaxtilə axşam saat 20:00-da “Twitter” sosial şəbəkəsində “Biz Azərbaycanın özüyük” adı altında başlatdıqları kampaniya vasitəsilə Azərbaycan Respublikasına qarşı çıxış və təhdidləriə cavab veriblər.

Kampaniyaya Güney Azərbaycan və dünyanın başqa ölkələrində yaşayan 10 minlərlə güneyli qoşulub.

Bu aksiyalarla bərabər hərbi təlimlərə cəlb olunan güneyli türk əsgər və zabitlər müxtəlif vasitələrlə Azərbaycan Respublikasının yanında olduqlarını bildirməyə çalışıblar.

Onlar üzləri görünməsin, tanınmasınlar deyə maska taxıb və əlləri ilə milli hərəkatın rəmzi olan "bozqurd işarəti" tutaraq forolar paylaşıblar.
  
Təbriz, Urmu, Ərdəbil və başqa Güney şəhərlərində azərbaycanlı polis məmurları da eyni hərəkətlərlə İranın Azərbaycana qarşı təhdidlərinə etirazlarını ifadə ediblər.

Azərbaycanlı hərbçi və polis məmurlarının bu hərəkətləri İranda radikal fars milliyyətçilərinə bağlı sayt və sosial mediada geniş reaksiyalara səbəb olub.

Onlar bunu İran dövlətçiliyinə qarşı ciddi təhdid kimi dəyərləndirib və hökumətdən bu şəxslərin cəzalandırılmasını tələb ediblər.

C.E 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social