SON XƏBƏRLƏR

Güneydə Azərbaycana simvolik dəstək aksiyaları davam edir

2021.10.20, 07:36
Güneydə Azərbaycana simvolik dəstək aksiyaları davam edir

Gunaz.tv

Ərdəbil şəhərində İran hökumətinə bağlı yarım hərbi “Bəsic” qüvvələrinə aid dəmir konteynerin üzərində “Güney Azərbaycan” sözləri yazılıb və Azərbaycan Cümhuriyyətinin bayrağı əks olunub.

Qeyd edək ki, son vaxtlar İran ordusunun Araz kənarında, Azərbaycan Cümhuriyyəti ilə sərhəd bölgələrdə hərbi təlimlər keçirməsi Güney Azərbaycanda təpkilərə səbəb olub.

Güney azərbaycanlı fəallar müxtəlif vasitələrlə, o cümlədən divar yazıları, sosial mediada başlatdıqları kampaniya ilə Azərbaycan Cümhuriyyətinə dəstəklərini ifadə edib, Tehran rejiminə etirazlarını bildiriblər.

Özəlliklə İran ordusunda qulluq edən türk hərbçilərin "Boz qurd" işarəsi tutaraq yayınladıqları fotolar İran daxilində radikal fars millətçilərinin və hökumət tərəfdarlarının narahatlığına səbəb olub.

 

CE.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar