SON XƏBƏRLƏR

"İranda sənətçilərin ləyaqəti tapdanır"- Məşhur aktyor ölkəni tərk etmək istədiyini açıqlayıb

2022.02.16, 07:43
"İranda sənətçilərin ləyaqəti tapdanır"- Məşhur aktyor ölkəni tərk etmək istədiyini açıqlayıb

Gunaz.tv

 Yaxın keçmişdə Şərqi Azərbaycan İfaçılıq Sənətləri Dərnəyinin başçısı seçilən Nəhreyn İranda sənət və sənətçiyə heç bir əhəmiyyət verilmədiyini, sənətçilərin ləyaqətinin tapdalandığını yazıb.

“Hər hansı bir verilişi aparırsansa apar bu bir kəsimin narahatlığına səbəb olur. Bu ölkədə yumorun yeri yoxdur. Bütün verilişlərim mənim üçün əlavə problemlərin yaranmasına səbəb olub”-deyə, Babək Nəhreyn paylaşımında bildirib.

O, deyib ki, hal-hazırda əlində olan bir layihənin üzərində işləyir və bu işi başa çatdırdıqdan sonra bu sahədə ayrılıb. Daha dinc yaşamaq üçün xarici ölkələrdən birinə getmək qərarına gəlib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Babək Nəhreynin İranda yayımlanan “Coker” proqramında Azərbaycan aşıqlarını, folklorunu aşağılaması güneyli fəallar və mədəniyyətsevərlər tərəfindən qınaqla qarşılanıb.

Etirazçılar hesab edirlər ki, “Coker” proqramı Azərbaycanın milli-mədəni simvollarını lağa qoymaq üçün vasitə olmamalı idi və Babək Nəhrin müsabiqədə qalib gəlmək üçün daha uyğun mövzu seçə bilərdi.

C.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar