Cəmiyyət edam hökmünün ləğv olunması tələbi aksiyaların keçirilməsini təklfi edib.
“İranda həbs edilən və edam cəzasına məhkum edilmiş isveçli həkim və tədqiqatçı Əhmədrza Cəlalinin hər an edam olunmaq təhlükəsi var.
Ona görə də hamınızı ölüm hökmünə etiraz etməyə və onlarla başqa siyasi məhbusun edam hökmünü dayandırması istəyi ilə aksiyaya dəvət edirik. siyasi məhbusların edamının qarşısını almaq, bütün siyasi və vicdan məhbuslarının azadlığa buraxılması, ölüm hökmünün ləğvi və işgəncələrin qadağan edilməsi üçün etiraz mitinqinə toplanacağıq”-deyə, çağırışda bildirilib.
İnsan haqları cəmiyyəti çağırışın sonunda bütün beynəlxalq qurumlara, insan haqları təşkilatlarına müraciət edərək onlardan alimin edam hökmünün ləğv edilməsi üçün səylərini artırmağı istəyib
Mitinq mayın 26-da “Brandenburg Tor” yerli vaxtla saat 16-17 arası keçiriləcək.
Cavidan