SON XƏBƏRLƏR

Güneyli dağçılar məhbus müəllimlərə dəstək aksiyası keçiriblər

2022.05.07, 07:20
Güneyli dağçılar məhbus müəllimlərə dəstək aksiyası keçiriblər

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Mərənd bölgəsində yerləşən Mişov dağ silsiləsinin 3100 metrlik “Göy Zəngi” zirvəsinə qalxan dağçılar müəllimlərə dəstək plakatları qaldırıblar.

“Müəllimlərin yeri zindan deyil” plakatı açan alpinistlərlə yanaşı Culfa şəhərindən olan bir neçə müəllimdə aksiyaya qoşulub.

Bundan öncə iranlı müəllimlər maaşların artırılması, bərabər hüquqlarının olması, müəllimlərin təsnifatlandırılması və qanununun tam icrası kimi bir sıra tələblərlə etiraz mitinqləri keçiriblər. 

İran Müəllimlər Birliyinin verdiyi məlumata görə, mayın 1-də keçirilən aksiyalar zamanı 70-ə yaxın müəllim saxlanılıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar