SON XƏBƏRLƏR

Güneyli bağçılar ağır durumdadır: Yüz tonlarla məhsul xarab olur-VİDEO

2021.11.05, 10:43
Güneyli bağçılar ağır durumdadır: Yüz tonlarla məhsul xarab olur-VİDEO

Gunaz.tv

Qərbi Azərbaycan əyaləti, Urmu mahalında əldə edilən yüz minlərlə ton meyvə, xüsusilə alma hökumətin və əlaqədar qurumların laqeydliyi ucbatından hədər olur.

Problem bu sahədə çalışanları iflas həddinə çatdırıb.

Urmunun İran parlamentindəki nümayəndəsi Vəhid Calalzadə Kənd Təsərrüfatı Nazirliyinə məktub yazaraq məsələ ilə bağlı xüsusi komitənin yaradılmasını istəyib.

Millət vəkili Qərbi Azərbaycan əyalətində ildə 1 milyon tondan artıq alma əldə edildiyini, məhsulun ixracına şərait yaradılmadığını deyib. O bildirib ki, əlaqədar qurumlar məhsulu almadığı üçün bağçılar ağır duruma düşüb.

V.Calalzadə məsələ iə bağlı xüsusi komitənin yaradılması ilə yanaşı əldə olunan məhsulun saxlanılması üçün soyuducu anbarların tikilməsini vacib sayıb.

Qeyd edək ki, Qərbi və Şərqi Azərbaycan əyalətləri kənd təsərrüfatı və bağçılıq sahəsində İranda ilk yerləri tuturlar.

Son vaxtlar hər iki əyalətdə məhsulların dövlət tərəfindən alınmaması, ixrac vəı satış üçün şəraitin yaradılmaması və məhsulların saxlanılması üçün soyuducu anbarların çatışmaması yüz minlərlə ton məhsulun xarab olmasına, bu sahədə çalışanların ciddi ziyana düşməsinə səbəb olub.

Son həftələrdə buna etiraz olaraq azərbaycanlı bağçılar məhsullarını yollara, yol qıraqlarına boşaldıb və aksiyalar keçiriblər.

C.E 


 

نماینده ارومیه کرونایی شد

Vəhid Calalzadə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar