SON XƏBƏRLƏR

Xərçəng xəstəliyindən əziyyət çəkən güneyli fəal Xaliq Əkbərzadə vəfat edib

2022.02.26, 08:00
Xərçəng xəstəliyindən əziyyət çəkən güneyli fəal Xaliq Əkbərzadə vəfat edib

Gunaz.tv

Tanınmış milli fəal Əsgər Əkbərzadənin qardaşı olan Xaliq bəy milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə basqılarla üzləşmişdi.

O, 2011-ci ildə Urmu gölünün qurudulması ilə bağlı etiraz aksiyalarına qatıldığı üçün təhlükəsizlik məmurları tərəfindən saxlanılmış, dindirilmiş və bir ay psixi və fiziki işgəncədən sonra girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

Araz və Ayhan adlı iki uşaq atası olan Xaliq bəy bu gün 26 fevralda, Təbriz vaxtilə saat 11-də, Bakı vaxtilə saat 11:30-da Ərdəbil şəhərinin “Behişti Zahra” məzarlığında torpağa tapışırılıb.

Bütün çətinlklərə baxmayaraq Xaliq Əkbərzadənin yas mərasimi ilə bağlı elan türkcə çap edilib.  

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar