SON XƏBƏRLƏR

Güneyli fəal Mitra Cavadi barədə məlumat verilmir

2022.11.27, 11:18
Güneyli fəal Mitra Cavadi barədə məlumat verilmir

Gunaz.tv

Noyabrın 19-da Qərbi Azərbaycan əyalətinin Sayınqala (Şahindej) şəhərində təhlükəsizlik məmurları tərəfindən həbs edilən gənc fəal xanım Mitra Cavadinin taleindən xəbər yoxdur.

Onun ailəsinin müraciətlərinə baxmayaraq fəalın harada saxlanıldığı və nədə ittiham olunduğu barədə məlumat verilmir.

İran zindanlarında etirazçı məhbuslara qarşı işgəncə hallarının çox olduğuna görə, Mitra Cavadinin ailəsinin onun həyatda olub-olmamasından nigəran olduqlarını bildirirlər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar