Güneyli fəal “peşmanam” demədiyi üçün təzyiqlərə məruz qalır

27.10.2021, 10:52

Güney azərbaycanlı mədəni fəal Əkbər Nəimi ona qarşı sürülən ittihamlarla razılaşmadığı və peşman olduğuna dair ərizə yazmadığı üçün əlavə təzyiqlərə məruz qalır.

Gunaz.tv Quote | Gunaz article

Milli fəal telefon danışığı hüququndan istifadə edə bilmir.

Onun həbs olunmasından 5 ay keçməsinə baxmayaraq bu günə kimi məzuniyyətə buraxılmayıb.

Qedy edək ki, Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olan azərbaycanlı mədəni fəal Əkbər Nəimi iyunun 19-da Təbrizdə həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb.

Əkbər Nəiminin məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb.

O, "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq" ittihamlarında müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

Bununla yanaşı Nəiminin 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.

Əkbər Nəimi ötən il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində tutularaq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin Həbsxanasından müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Tanınmış milli-mədəni fəal, Əkbər Nəimi Xoy şəhərindəndir. "Evrin" və "Yarpaq" kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və bir müddət öncə hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan "Günəbaxan Dərnəyi"nin qurucularından biri olub.

Əkbər Nəimi insan haqları fəalı və dil hüquqları müdafiəçisi kimi də tanınır.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildə torpaq çökməsi böhran həddinə çatıb

2021-12-08

gun az article

Qəzvin və Həmədanda tarixi yer və əşyalar qeydiyyata alınıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda AİDS xəstələrinin sayı açıqlandı

2021-12-08

gun az article

Həmədan və Qəzvin əyalətlərinin kəndlərində içməli su qıtlığı yaranıb

2021-12-08

gun az article

Millət vəkili qeyri-fars dillərində tədrisi təhlükəli adlandırıb

2021-12-08

gun az article

Mədəniyyət Nazirliyindən mürtəce qərar: Mərənddə kitab sərgisinə icazə verilmədi

2021-12-08

gun az article

Zənganda koronavirus statistikası təhrif olunur

2021-12-08

gun az article

Urmu İranın havası çirkli olan 10 şəhəri siyahısında

2021-12-08

gun az article

Təbrizdə Qacarlar dönəminə aid tarixi tikili dağılmaq üzrədir

2021-12-08

gun az article

Təbrizdə yol qəzalarında ölənlərin sayı artıb

2021-12-08

gun az article

Qərbi Azərbaycanda həbslər: Urmu Şəhər Şurasının üzvləri saxlanılıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda vacib əhəmiyyətli dəmiryolu layihəsi 21 ildir yarımçıq qalıb

2021-12-07

gun az article

Azərbaycan səfiri İranın energetika naziri ilə görüşüb

2021-12-07

gun az article

Binabın sənaye şəhərciyi ekoloji problem yaradır

2021-12-07

gun az article

Tikantəpənin “Afşar” xalça növü beynəlxalq qeydiyyata alınıb

2021-12-07

gun az article

Ərdəbil əyalətində şiddətli quraqlıq hökm sürür

2021-12-07

gun az article

Güney azərbaycanlı insan haqları müdafiəçiləri Cenevrədə çıxış ediblər

2021-12-07

gun az article

Yoxsulluq nəticəsində Urmuda dilənçilərin sayı çoxalıb

2021-12-07

gun az article

Qərbi Azərbaycanda on minlərlə şagird məktəbli ləvazimatından məhrumdur

2021-12-07

gun az article

Həmədanda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-12-07