SON XƏBƏRLƏR

Tehran həbsxanasında saxlanılan güneyli fəal koronavirusa yoluxub

2021.11.09, 11:22
Tehran həbsxanasında saxlanılan güneyli fəal koronavirusa yoluxub

Gunaz.tv

Sağlıq durumunun yaxşı olmadığını söyləyən Əmini quru öskürək, qızdırma, baş ağrısı, əzələ ağrısından əziyyət çəkdiyini bildirib.

Yaxınları milli fəalın telefon danışığı zamanı əziyyət çəkdiyini, davamlı quru öskürək səbəbindən danışığı davam etdirə bilmədiyini deyiblər.

Məhbusların durumu ilə bağlı verilən məlumatda Tohid Əmir Əmini və onunla bir yerdə saxlanılan başqa məhbusların zindanın tibb məntəqəsinə getdikləri, lazimi dərman preparatları, yoxlama avadanlıqlarının olmadığı üçün məhbuslara yalnız amoksisillin kapsulları və başqa ağrı kəsicilərin verldiyi qeyd olunur.  

Azərbaycanlı fəal 20 fevral 2019-cu ildə Kiyanuş Aslani ilə birlikdə Tehranın “İnqilab” meydanında “Beynəlxalq Ana Dili Günü” münasibətilə afişalar yaydığı üçün həbs olunub.

Əmir Əmini İnqilab Məhkəməsinin 26 saylı şöbəsində “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq”, “rejimə qarşı təbliğat aparmaq” ittihamları ilə mühakimə olunubş
Birinci ittihama görə Əmir Əmini 7il yarım, ikinci ittihama görə isə 18 ay həbs cəzasına məhkum edilib.

Hakim Əhməd Zərgərin başçılığı ilə Apelliyasiya Məhkəməsinin 36-cı şöbəsində keçirilən iclasda T.Əmir Əmini “rejimə qarşı təbliğat” ittihamından bəraət alıb.

Cari ilin aprel ayında 20/04/2020-ci il tarixində təsdiqlənmiş “cəzanın azaldılması qanunu”na əsasən, 7 il 6 ay həbs cəzasının 2 il 6 ayı ləğv edildiyi üçün Əmir Əmininin həbs cəzası 5 ilə endirilib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar