SON XƏBƏRLƏR

Güneyli fəala təzyiq göstərilir

2022.02.23, 04:27
Güneyli fəala təzyiq göstərilir

Gunaz.tv

İbrahimi İctimai və Ticarət Yerlərinə Nəzarət İdarəsinin təhlükəsizlik xidmətinin göstərişini yerinə yetirdiyini və ona sahibkarlıq icazəsinin verilməsinin qarşısını aldığını deyib.

O, iki aydır bütün idari və qanuni prosesləri keçdiyinə, istənilən rüsumları pdəməsinə baxmayaraq, ona iş və sahibkarlıq icazəsinin verilmədiyini və ailəsinin gəlir qaynağından məhrum saxlanıldığını qeyd edib.

Muxtar İbrahimi iş icazəsinin verilməsi üçün onun qarşısında şərt qoyularaq siyasi, ictimai və mədəni fəaliyyətlərinin dayandırılmasının istənildiyini bildirib.

Qeyd edək ki, tanınmış milli-mədəni fəal Muxtar İbrahimi politologiya üzrə mütəxəssis və nüvə fizikası öyrəncisidir.

O, bundan öncə dəfələrlə mədəni fəaliyyətlərinə görə saxlanılıb, dindirilib və qondarma ittihamlarla mühakimə olunub.

İbrahimi bir müddət öncə Marağa şəhərinin İnqilab Məhkəməsi tərəfindən  “hökumətə qarşı qrup yaratmaq və sosial mediada müxalif qruplara üzv olmaq” ittihamı ilə mühakimə olunaraq barəsində10 il həbs cəzası qərarı çıxarlıb.

Fəalın qərara etirazından sonra onun işi yenidən baxılması üçün Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinə göndərilib və hal-hazırda o məhkəmənin son qərarını gözləyir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar