SON XƏBƏRLƏR

Güneyli fəallara həbs cəzası verilib

2021.11.23, 08:28
Güneyli fəallara həbs cəzası verilib

Gunaz.tv

Hər iki fəal iyulun 24-də təhlükəsizlik məmurları tərəfindən saxlanılmış, 6 avqustda isə girov qarşılığında məhkəməyə qədər müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Fəallar iyulin 24-də Güney Azərbaycan müxtəlif şəhərlərində Xuzistan əeəblərinin ekoloji problemlər və su çatışmazlığına qarşı etiraz aksiyalarına çağrılan dəstək aksiyası ilə bağlı saxlanılmışdılar. 
Qeyd edək ki, iyulun 24-də Güney Azərbaycanın bir neçə şəhərində Əhvaz (Xuzistan) ərəblərinin su üsyanına dəstək mitinqi keçirilib.

Aksiyalarda “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və kimi şüarlar səsləndirilib. Güneylilər bu aksiya ilə hökumətin digər millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.

Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.

Saxlanılanlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar