SON XƏBƏRLƏR

Güneyli gənc fəal Abbas Nəmini edam edilə bilər

2022.12.01, 11:21
Güneyli gənc fəal Abbas Nəmini edam edilə bilər

Gunaz.tv

Abbas Nəminin ailəsinin verdiyi məlumata görə, son etiraz aksiyalarında həbs edilən Abbas Nəminiyə vəkil tutmağa icazə verilmir.

Onların dediyinə görə, hökumət gənci etirazçıların liderlərindən biri kimi qələmə verməyə çalışır və onun barəsində edamla nəticələnə biləcək ağır ittihamlar irəli sürülür.

Qeyd edək ki, BMT-nin İranın İnsan Haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman noyabrın 29-da etirazçılara qarşı repressiyaların güclənməsi və İslam Respublikası hakimiyyətinin etirazçıların edamı "kampaniyasına" başlamasından narahatlığını bildirib.

Rəhmanın sözlərinə görə, etirazlarda 1-i qadın olmaqla saxlanılan 21 nəfər edamla nəticələnə biləcək “qeyri-müəyyən və genişmiqyaslı cinayətlər” törətməkdə ittiham olunurblar və onlardan altısına bu ay edam hökm oxunub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar