SON XƏBƏRLƏR

Güneyli işçi hərəkatı fəalına ağır həbs cəzası verildi

2023.01.13, 10:47
Güneyli işçi hərəkatı fəalına ağır həbs cəzası verildi

Gunaz.tv

Evin zindanında saxlanılan Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqı İdarə Heyətinin üzvlərindən olan Rza Şəhabi 6 il azadlıqdan məhrum edilib və 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

O, "Hökumət əleyhinə təbliğat və milli təhlükəsizli pozmaq üçün toplaşmaq və ılbir olmaq"da ittiham olunub.

Rza Şəhabi bundan öncə həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyü üçün fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.

Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.

Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar