SON XƏBƏRLƏR

Güneyli işçi hərəkatı fəalı və siyasi məhbus Rza Şəhabinin durumu ağırlaşıb

2022.11.28, 10:54
Güneyli işçi hərəkatı fəalı və siyasi məhbus Rza Şəhabinin durumu ağırlaşıb

Gunaz.tv

Şəhabinin üzvü olduğu Həmkarlar İttifaqından bildiriblər ki, həkimlər onun durumunun ağır olduğunu və təcili əməliyyat edilməsinin vacibliyini deyiblər.

Rza Şəhabi bundan öncə həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyü üçün fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.

Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar