SON XƏBƏRLƏR

Güneyli işçi hərəkatının fəalı Hüseyn Kuşinin sağlıq durumu ağırlaşlb

2022.10.28, 07:30
Güneyli işçi hərəkatının fəalı Hüseyn Kuşinin sağlıq durumu ağırlaşlb

Gunaz.tv

Təbrizdə yaşayan işçi hərəkatının tanınmış fəallarından olan və hazırda Təbriz zindanında saxlanılan Hüseyn Kuşinin sağlıq durumu ağırlaşıb.

Ağciyər xəstəliyindən əziyyət çəkən, oksigen kapsulasından istifadə edən fəalın ailəsi onun həyatını itirəcəyindən nigəran olduqlarını bildiriblər.

Qeyd edək ki, Hüseyn Kuşi Güney Azərbaycanda tanınmış işçi hərəkatı fəallarından sayılır və uzun illər işçilərin hüquqları uğrunda apardığı fəaliyyətlərə görə dəfələrlə təzyiqlərə məruz qalan Kuşi saxta ittihamlarla 3 il həbs cəzasına məhkum edilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar