SON XƏBƏRLƏR

Güneyli ictimai fəal Yaşar Təbrizi Tehran zindanına köçürüldü

2022.06.11, 11:10
Güneyli ictimai fəal Yaşar Təbrizi Tehran zindanına köçürüldü

Gunaz.tv

Siyasi və Mədəni Məhbusları Müdafiə Kampaniyasının yaydığı məlumata görə, o, İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin təcridxanasında dindirilmə müddəti bitdikdən sonra məhkəməyə qədər müvəqqəti azadlığa buraxılması üçün istənilən 2 milyar tümən girov qoya bilməyib.

Məlumata görə, Yaşar Təbrizi “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq”, “ictimai rəyi çaşdırmaq məqsədi ilə yalan yaymaq, və “sistem əleyhinə təbliğat fəaliyyəti” aparmaqda ittiham olunur.

Qeyd edək ki, mayın 1-i, günorta saat 03.00 radələrində təhlükəsizlik məmurları Tehran əyalətinin Şəhriyar şəhərinin Şahidşəhr bölgəsində yaşayan fəalın şəxsi mənzilinə hücum edərək onu qandallayıb, ona məxsus şəxsi əşyaları, o cümlədən telefonu və bilgisayarı müsadirə ediblər.

Mədəni fəal fevralın 17-də tanınmış yazıçı və kinorejissor Bəktaş Abtinin 40 mərasiminə qatıldığı üçün təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi.

Yaşar Təbrizi bundan öncə yanvar ayının 8-də Ukrayna təyyarəsinin SEPAH tərəfindən vurularaq düşdüyü yerdə hadisə qurbanlarının xatirəsinə həsr etdiyi videonu sosial mediada yaydığı üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Yaşar Təbrizi dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb, saxlanılıb və işgəncələrə məruz qalıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar