SON XƏBƏRLƏR

Güneyli ixtiraçılar beynəlxalq mükafata layiq görülüb

2022.04.19, 14:06
Güneyli ixtiraçılar beynəlxalq mükafata layiq görülüb

Gunaz.tv

Onlar məlumat və kompüter elmləri sahəsində yuxunun keyfiyyətini yaxşılaşdıran cihaz hazırladıqları üçün bürünc medallar və müsabiqənin rəsmi sertifikatını qazanıblar.

Martın 16-dan 20-dək İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Mənəvi Mülkiyyət Mərkəzinin rəsmi dəstəyi, Dünya İxtiraçılar Assosiasiyası və Avropa Birliyinin bir çox nüfuzlu elmi, tədqiqat və sənaye mərkəzləri tərəfindən keçirilən yarışda Rumina və Rojita Şirazi bacıları üçübcü yeri tutublar.

Yarışa dünyanın müxtəlif ölkələrindən 550 ixtiraçı qatılıb və 3 güney azərbaycanlı bu yarışlarda birinci və üçüncü yerləri tutublar.

Bundan öncə təbrizli Davud Beheştizadə ixtira etdiyi “Yüksək dayanıqlı beton və izolyasiyadan ultra yüngül divar paneli” ixtirası dünyanın ən yaxşı texniki və mühəndis ixtirası seçilib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar