SON XƏBƏRLƏR

Güneyli jurnalist həbs edilib

2021.10.20, 07:36
Güneyli jurnalist həbs edilib

Gunaz.tv

Onun həbsi ilə bağlı xəbər bir neçə gün sonra yayılıb.

Jurnalistin nədə ittiham olunduğu və harada saxlanıldığı barədə məlumat əldə etmək mümkün olmayıb.

Bundan sonra sentyabrın 30-da güneyli fəal və incəsənət müəllimi, fotoqtafçı Arəş Şadmənd də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Ehtimal edilir ki, hər iki fəalın saxlanılmasının səbəbi Əhər şəhərində “Bəsic” qüvvələrinə bağlı olan müəllimin 5 məktəbliyə təcavüz etməsi barəd xəbəri yaymaları olub.

Onlar bu barədə idarə etdikləri sosial media şəbəkəsində məlumat yayaraq günahkarın cəzalandırılmadığını bildirmişdilər.

Ötən cümə günü Kəleybər şəhərinin cümə imamı Seyid Səid Rəşadi öz çıxışında adı çəkilən məsələ ilə bağlı sosial şəbəkə fəallarını “islam müqəddəslərini təhqir etməkd”də günahlandırıb və onların cəzalandırılmalarını tələb edib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar